Bayden Ukraynada keçirilməsi planlaşdırılan “referendum”a münasibət bildiribbackend

Bayden Ukraynada keçirilməsi planlaşdırılan “referendum”a münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kreml Ukrayna torpaqlarını ilhaq etmək üçün saxta referendum təşkil edir”.

Bunu BMT Baş Asssambleyasının 77-ci sessiyasında çıxış edən ABŞ Prezidenti Cozef Bayden deyib.

“Biz xəbərdarlıq etmişdik və müharibənin qarşısını almağa çalışmışdıq. Rusiyanın müharibə cinayətləri ilə bağlı çoxlu sübutlar ortaya çıxır. Bu, Ukraynanın bir dövlət kimi mövcudluğuna qarşı savaşdır”, – deyə o, bildirib.

C.Bayden vurğulayıb ki, bu hadisələr hər kəsin qanını dondurmalıdır:

“Heç bir xalqın torpaqlarını güclə ələ keçirmək olmaz. Bu prosesə mane olan yeganə qüvvə Rusiyadır. Əslində, demokratiya ilə avtoritarizm arasında mübarizə gedir”, – dövlət başçısı vurğulayıb.

ABŞ prezidenti həmçinin müddəti noyabrda başa çatan Ukrayndan taxıl dəhlizi ilə bağlı sazişin müddətinin uzadılmasının vacibliyinə diqqət çəkib.

Çinlə münasibətlərə toxunan ölkə başçısı ABŞın vahid Çin siyasətinə sadiqliyini, lakin Tayvan boğazında status-kvonun birtərəfli aydada dəyişməsinə qarşı olduğunu virğilayıb.

“ABŞ Çinlə münaqişə və ya soyuq müharibə axtarmır, digər ölkələrdən Vaşinqton və Pekin arasında seçim etməyi tələb etmir”, – deyə Bayden bəyan edib.

Oxu.az