“Baykar Makina” Ukraynaya üç “Bayraqdar” hədiyyə etdibackend

“Baykar Makina” Ukraynaya üç “Bayraqdar” hədiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Baykar Makina” şirkəti Sergey Pritulanın maliyyə toplama kampaniyası çərçivəsində Ukraynaya bağışlayacağına söz verdiyi üç Bayraktar TB2 pilotsuz təyyarəsini Ukraynaya çatdırıb.

Editor.az xəbər verir ki, bu barəədə “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar “Ukrinform”a açıqlamasında deyib. “Litva aksiyası çərçivəsində üç “Bayraktar” pilotsuz uçan aparatını göndərdik.

Onlar artıq Ukraynadadır”. Haluk Bayrakdarı vurğulayıb ki, bu gün Ukrayna əsassız və haqsız təcavüzdən əziyyət çəkir. Odur ki, Ukraynada minlərlə insan səfərbər olub və türk pilotsuz təyyarələrinin alınması üçün vəsait toplama kampaniyasına dəstək verir. Türk şirkəti də bu aksiyaya qoşulmaq istəyib və bu pilotsuz təyyarələr üçün pul almamağa qərar verib.

  //Samir,Editor.az