Gürcüstan seçim qarşısında-Fərid Şahbazlı yazırbackend

Gürcüstan seçim qarşısında-Fərid Şahbazlı yazır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir müddətdir ki, Gürcüstanda siyasi vəziyyət tarıma çəkilib.

Gürcüstan parlamentinin “Xarici təsir haqqında” haqqında qanunu qəbul etməsi ilə bağlı parlament müzakirələri insanların küçələrə tökülməsinə səbəb olub. Paytaxt Tiflisdə nəqliyyatın hərəkəti dayanıb, həyat iflic vəziyyətə düşüb. Bu hadisələrin Gürcüstanın Avropa İttifaqına namizədliyinin qəbulundan sonra baş verməsi də bir qədər təəccüb və bir qədər də maraq doğurur. Nəticədə Gürcüstanla Avropa İttifaqı arasında da gərginlik yaradıb. Hətta okeanın o tayından da Gürcüstan hakimiyyətindən sərt narazılıq notları eşidilir. Görəsən nə baş verir?

Gürcüstanı məlum qanunu qəbul etməkdən yayındırmağa çalışan Avropa ölkələrinin bir çoxunda və ABŞ-da bu qanun hələ uzun illər əvvəl qəbul olunub. Qanunun mahiyyəti ondan ibarərtdir ki, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər. Yəni burada söhbət ölkənin suveren hüquqlarından və hətta təhlükəsizliyindən gedir. Bu da məntiqlə tamamilə qanunauyğundur. O zaman nə üçün Qərb Gürcüstanda müzakirəsi gedən bu qanunun qəbul edilməməsi üçün “dəridən-qabıqdan çıxır”?

Dünənə kimi Gürcüstanı başqalarına örnək sevimli dövlət kimi təqdim edən Qərbi indi niyə hətta inqilab etmək hesabına olsa belə, bu qanunun qəbul olunmasını istəmir..?

Gün kimi aydındır ki, həmin qanunun qəbulu Gürcüstanda xüsusi planları olan Qərb dövlətlərinin planlarına mane olacağından, onlar əl-ayağa düşüblər. Bu qanunun qəbulundan sonra Qərbin agenturası funksiyasını yerinə yetirən bəzi qüvvələr qara niyyətlər üçün nəzərdə tutulan maliyyə vəsaitlərini ala bilməyəcəklər. Deməli, burada daha bir “Ukrayna” yaratmaq mümkün olmayacaq, qonşu ölkələri qarışdıracaq, bu ölkələrlə Gürcüstan arasında problemlər yaradacaq bir meydan əldən çıxacaq və nəhayət bütün Cənubi Qafqaz Qərbin təsir dairəsindən çıxacaq.

İnkişaf etməkdə olan ölkələrə demokratiya “ixrac edən” Qərbin dərdi əslində budur. O heç kimə heç nəyi elə-belə, boş yerə verməyib və vermək niyyətində də deyil. Düşünürük ki, burada “Rusiya izi” axtaranlar yanılırlar. Türkiyənın Aİ qapıları arxasında yarım əsrə yaxın gözləməkdə davam etməsi bunun əyani sübutudur: ya Aİ, ya da suverenlik. Ya “demokratiya boyundurğu”, ya da xaos.

Seçim Gürcüstanındır. Ümüd edək ki, rəsmi Tiflis doğru seçim edəcək.

Fərid Şahbazlı

Siyasi şərhçi