ABŞ Hind-Sakit Okean Qüvvələrinin yeni komandanı Paparodan Çin xəbərdarlığı: İndi hərəkətə keçməliyikbackend

ABŞ Hind-Sakit Okean Qüvvələrinin yeni komandanı Paparodan Çin xəbərdarlığı: İndi hərəkətə keçməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

INDOPACOM-un 27-ci komandiri vəzifəsini admiral Con Aquilinodan təhvil alan Admiral Paparo təhvil-təslim mərasimindəki çıxışında Çinin genişlənən regional təsirləri qarşısında əməkdaşlıq çərçivəsində qarşısının alınmasının artırılması lazım olduğunu söyləyib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Paparo komandanlığın Çinin müdaxilə və ekspansionist planlarına cavab verməyə hazır olması lazım olduğunu vurğulayıb. “USINDOPACOM mövcud strateji mühiti ölkəmizin, müttəfiqlərimizin və tərəfdaşlarımızın xeyrinə formalaşdırmağa unikal şəkildə hazırdır. Biz indi təcili olaraq hərəkət etməliyik”, – Paparo bildirib.

“Onun missiyası 21-ci əsrdə ABŞ-ın təhlükəsizliyinin mərkəzində dayanır” Mərasimdə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin missiyası “21-ci əsrdə ABŞ-ın təhlükəsizliyinin mərkəzində olan” INDOPACOM-un fəaliyyətin prioritet sahəsində nəzarət etdiyini bildirib: “Çin Hind-Sakit Okean hövzəsində hökmranlıq etmək və qlobal nizamı öz avtokratik baxışlarına uyğunlaşdırmaq üçün yenidən formalaşdırmaq iradəsi və qabiliyyəti olan yeganə ölkədir”.

INDOPACOM saytının məlumatına görə, komandanlıq 38 ölkəni və dünya əhalisinin 50 faizindən çoxunu əhatə edən Hind-Sakit okean regionunda ABŞ-ın hərbi fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürür.

//Gülnarə Abasova, Editor.az