BDU-nun tələbəsi faciəvi şəkildə öldü – FOTObackend

BDU-nun tələbəsi faciəvi şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov həyatını sonlandırıb.

Onun meyiti eyvanda aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakı Dövlət Universiteti Ramil Nəsirovun vəfatı ilə bağlı məlumat yayıb.

Universitetdən bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.