Belarus ELAN ETDİ: ordu hazırdır, sərhədimizi keçsələr…backend

Belarus ELAN ETDİ: ordu hazırdır, sərhədimizi keçsələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bunu Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

Onun sözlərinə görə, Belarus ərazisində dövlətin, eləcə də onun sərhədlərinin qorunmasına və müdafiəsinə yönəlmiş bütün tədbirlər görülür.

Volfoviç əmin edib ki, Belarus Silahlı Qüvvələri heç kimə hücum etmək niyyətində deyil, lakin sərhədi keçənlərə və təxribat xarakterli hərəkətlər zamanı cavab verməyə hazırdır.

Təhlükəsizlik Şurasının dövlət katibi qeyd edib ki, Belarusun güc blokunun bütün sistemləri rəvan, sistemli işləyir və təhlükəsizlik sahəsində problemləri həll edir. O, diqqəti Belarusun öz sərhədlərini, onların mühafizəsini gücləndirdiyinə, hərbiləşmənin hazırkı səviyyəsini və qonşu dövlətlərin ərazisində hərbi fəallığın artdığını görməsinə yönəldib.

“Biz qoşunların, qruplaşmaların, təlimlərin sayının, kəşfiyyat aviasiyasının yerüstü uçuşlarının – təkcə Qərbdən deyil, həm də bir vaxtlar bizə qardaş olan Ukraynadan olan cənub qonşumuzdan da artdığını görürük”, – Volfoviç bildirib.

Publika.az