Belarus prezidenti də sülhə çağırdı: Danışıqlara başlamağın vaxtı çatıbbackend

Belarus prezidenti də sülhə çağırdı: Danışıqlara başlamağın vaxtı çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukraynadakı münaqişə tərəflərinin sülh danışıqlarına başlamasının vaxtı çatıb.

Editor.az bildirir ki, o, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində deyib. “Biz bu qanlı savaşı dayandırmalı və sülh danışıqlarına başlamalıyıq. Lakin məsələ ondadır ki, Ukraynaya danışıqlar masasına oturmağa icazə veriləcəkmi?” – Belarus lideri bildirib. Onun sözlərinə görə, Minsk dəfələrlə Avropada hərbi-siyasi vəziyyətin “təhlükəli gərginləşməsi” barədə xəbərdarlıq edib və beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyasına işarə edib. Bu xəbərdarlıqlara məhəl qoymamaq, digərləri ilə yanaşı, hazırda Ukraynada baş verən hadisələrə gətirib çıxardıb, – siyasətçi bildirib.

Qeyd edək ki, əvvəllər Belarus prezidenti, Ukrayna lideri Vladimir Zelenskinin müstəqil olmadığını, ona Ukraynadakı münaqişənin həlli ilə bağlı bütün danışıqları aparmağın qadağan edildiyini demişdi.

//Samir Qurbanov,Editor.az