Bloomberg: ABŞ Tayvana 400 “Harpoon” raketi satacaqbackend

Bloomberg: ABŞ Tayvana 400 “Harpoon” raketi satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Tayvana 1.17 milyard dollar dəyərində 400 “Harpoon” gəmi əleyhinə raket sistemləri tədarük edəcək.

Editor.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, aprelin 7-də ABŞ Hərbi Dəniz Qüvvələri 400 “Harpoon” raketi və müvafiq dəstək avadanlığının alınması üçün The Boing Co şirkətinə 1.17 milyard dollar verib, bunun təxminən 630 milyon dolları xarici hərbi satışlar üçün ayrılıb. ABŞ-Tayvan İş Şurasının sədri Rupert Hammond Chambersin sözlərinə görə, raketlərin qurudan buraxılan mobil versiyasının Tayvana ilk satışı olacaq. Məsələ ilə bağlı məlumatlı mənbələr xəbəri təsdiqləyiblər.

Müqavilənin imzalanması ilə 2020-ci ilin oktyabr ayında ABŞ Dövlət Departamenti tərəfindən təsdiq edilmiş 100 Harpoon Sahil Müdafiə Sistemi (HCDS), 400 Harpoon Block II yerüstü raket və 25 radar avadanlığının satışı tamamlanacaq. Pentaqonun məlumatına görə, “Harpoon”nun Tayvana tədarükü üçün müqavilə bağlamaq təxminən iki il yarım vaxt aparacaq.

//Gülnarə Abasova, Editor.az