Bloomberg: Fransa Çinə Rusiya və Ukrayna arasında danışıqlara səbəb ola biləcək bir plan təqdim edəcəkbackend

Bloomberg: Fransa Çinə Rusiya və Ukrayna arasında danışıqlara səbəb ola biləcək bir plan təqdim edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında danışıqlara səbəb ola biləcək planı Çinə təqdim etməyi planlaşdırır.

Editor.az bu bərədə Bloomberg-ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Fransa lideri diplomatik müşaviri Emmanuel Bonna danışıqların əsasını qoymaq üçün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının rəhbəri Vanq Yi ilə işləməyi tapşırıb. Bloomberg qeyd edib ki, Makronun ofisinin rəsmisi Bonnun çinli həmkarı ilə görüşməyi planlaşdırdığını təsdiqləyib, lakin gələcək görüşün təfərrüatlarını açıqlamayıb.

Çinin Xarici İşlər Nazirliyi isə bildirib ki, hazırda bu məlumat rəsmi deyil.

//Gülnarə Abasova, Editot.az