Boris Conson: Zelenski olmasaydı…backend

Boris Conson: Zelenski olmasaydı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boris Conson: Zelenski olmasaydı… Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskini “cəsur oğlan” adlandırıb.

Editor.az xəbər verir ki, bu barədə o, noyabrın 22-də CNN telekanalına müsahibəsində danışıb. Conson deyib ki, Zelenski müharibə başlayandan bəri ölkəyə rəhbərlikdə “ən görkəmli” adama çevrilib. “O, çox cəsur oğlandır. Düşünürəm ki, o olmasaydı, bu münaqişənin tarixi tamamilə fərqli olardı”, – siyasətçi bildirib.

Conson əlavə edib ki, əgər Ukrayna Aİ-yə üzv olmaq qərarına gəlsə, “onlar buna getməlidirlər”. Bu, Ukrayna üçün yaxşı olardı. Onun fikrincə, Qərb Ukraynaya siyasi və iqtisadi islahatlar aparmağa kömək edə bilər. Britaniyanın keçmiş baş naziri Rusiyanın fevralda işğala başlamasından sonra bütün Avropada ona münasibətin sürətlə dəyişdiyini bildirib. “Hər kəs – almanlar, fransızlar, italyanlar, ABŞ prezidenti Co Bayden – gördülər ki, sadəcə seçim yoxdur. Çünki siz bu oğlanla (Vladimir Putin) razılaşa bilmədiniz. Bu, həlledici an oldu. O, əlavə edib ki, Aİ o vaxtdan bəri Rusiya ilə qarşıdurmada “möhtəşəm davranıb”.

  //Samir Qurbanov,Editor.az