Böyük Britaniya və Almaniyanın baş nazirləri enerji böhranını müzakirə ediblərbackend

Böyük Britaniya və Almaniyanın baş nazirləri enerji böhranını müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Liz Truss və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. Tərəflər görüş zamanı Avropadakı enerji böhranını müzakirə ediblər.

Editor.az xarici mediaya istinadən xəbər verir ki,  onlar enerji sahəsində qarşıya çıxan çətinlikləri müzakirə edərək, bu istiqamətdə müstəqilliyin vacibliyini vurğulayıblar. Hər iki liderin enerjidə çeviklik və müstəqilliyin əhəmiyyəti mövzusunda həmfikir olduqları vurğulanıb. Trussun iki ölkənin mühüm iqtisadi tərəfdaşlar olduğunu və İngiltərə ilə Almaniya arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirdiyi də qeyd edilib.

//Gülnarə Abasova, Editor.az