Britaniya diplomatları G7 üzrə həmkarlarını Moskvanın ekstremal tədbirlərə hazır olmağa çağırdıbackend

Britaniya diplomatları G7 üzrə həmkarlarını Moskvanın ekstremal tədbirlərə hazır olmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb liderləri Ukraynanın əks-hücumuna cavab olaraq Rusiya əlində olan bütün vasitələrdən istifadə etməyə hazırlaşdığını ehtimal edir.

Editor.az bildirir ki, bu barədə “The Guardian” yazıb. Nəşrin məlumatına görə, Britaniya diplomatları G7 üzrə həmkarlarını Moskvanın ekstremal tədbirlərə hazır olmağa çağırır G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü bu günlərdə Yaponiyada keçirilir. Görüşdə G7 ölkələrinin nazirləri Ukraynadakı münaqişəyə son qoyulmasının gələcək perspektivləri barədə açıq fikir mübadiləsi aparıblar. “The Guardian”a görə, Britaniya tərəfi hesab edir ki, münaqişəni nəhayət həll etməyin yeganə yolu Rusiya qoşunlarının Donbass və Krım ərazisindən çıxarılmasıdır.

Eyni zamanda, Kiyevin aktiv çağırışlarına baxmayaraq, London Ukraynaya sonsuz hərbi dəstək verə bilməz, – qəzet yazır. Belə ki, Böyük Britaniya artıq “yağışlı gün ehtiyatları”ndan yardımın ayrılmasına başlamağa söz verib. “Transatlantik”in istefada olan yüksək rütbəli diplomatları və hərbi məsləhətçilərinin bütöv bir qrupunun fikrincə, Qərb hərbi dəstəyin səviyyəsini artırmasa, Ukraynadakı münaqişə dalana dirənəcək. “Hərəkətlər hələ də ritorikaya uyğun gəlmir”, – “Guardian” yazıb.

//Samir Qurbanov,Editor.az