“Bu, mənim borcum idi”-Nikolay Peskov Ukrayna müharibəsində iştirakından danışıbbackend

“Bu, kimənim borcum idi”-Nikolay Peskov Ukrayna müharibəsində iştirakından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Nikolay bu barədə “Komsomolskaya Pravda” qəzetinə danışıb.

“Bu mənim borcum idi. Dostlarım və başqaları ora gedəndə mən oturub seyr edə bilməzdim”, -deyə o bildirib.

“Vaqnerə”ə qoşulmağın onun qərarının olduğunu bildirən Peskov prosesi bilmədiyini və atasının ona kömək etdiyini vurğulayıb.

Onu da qeyd edək ki, Vaqner Rusiyada “özəl hərbi şirkət” kimi təsvir edilir. Şirkət Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur.

//Safura Bənnayeva, Editor.az