Bu şəhərlər bir daha Ukraynaya qayıtmayacaqbackend

Bu şəhərlər bir daha Ukraynaya qayıtmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin Rusiya nəzarətinə keçən şəhərləri bir daha heç vaxt Ukraynaya qayıtmayacaq.

Editor.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin rusiyayönümlü hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev bildirib. O, Ukrayna hakimiyyətini regionda “normal həyat” qurmağa mane olan “nasistlər” kimi xarakterizə edib. “Bizə hərtərəfli yardım göstəriləcək.

Yəni Ukrayna bura qayıtmayacaq. Və hər dəfə məndən Ukrayna hakimiyyətinin qayıdıb-qayıtmayacağını, özümüzü sakit hiss edə biləcəyimizi soruşduqda, mən… hamıya cavab verirəm ki, yox, bu nasistlərin heç biri bura qayıtmayacaq, biz normal həyat quracağıq ” – Vitali Qançev bildirib. “Hərtərəfli yardımın” təzahürlərindən biri Xarkov vilayətinin Kupyansk şəhərində Cənubi Osetiya Beynəlxalq Hesablaşma Bankının filialının açılmasıdır. Vitali Qançevin fikrincə, bu kredit təşkilatı olmadan regionda maliyyə proseslərinə başlamaq mümkün olmayacaq. “İndi biz gözləyirik ki, bəlkə də Rusiya Federasiyasından bizə başqa bir bank gələcək. Prinsipcə, biz hər kəsə şad olarıq, işləmək imkanı yaratmağa hazırıq”, – deyə administrasiya rəhbəri yekunlaşdırıb.

Editor.az