Bu vilayətlər 100 % Rusiyaya birləşəcək – Aksyonovbackend

Bu vilayətlər 100 % Rusiyaya birləşəcək – Aksyonov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xerson və Zaporojye vilayətləri 100 faiz Rusiyanın subyektləri olacaq.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Krım rəhbəri Sergey Aksyonov deyib.

“Mən liderimizin (Vladimir Putin nəzərdə tutulur – red.) mövqeyini bilirəm. Əgər prezident Ukrayna “millətçiləri” tərəfindən zorakılığa məruz qalanları dəstəkləmək və qorumaq qərarına gəlsə, o zaman Rusiya getməyəcək, heç kim insanları tərk etməyəcək. Rusiya özününküləri tərk etmir. Yüz faiz, bunlar Rusiyanın subyektləri olacaq. Onlar hansı formatda olacaq, necə olacaq – liderimiz müəyyən edəcək. Liderimizdə bütün geosiyasi məlumatların həcmi tam şəkildə var. O, müxtəlif mənbələrdən məlumat alır, ona görə də yalnız onun bu məsələyə son qoymaq hüququ var”, – deyə Aksyonov bildirib.

Qeyd edək ki, ötən gün “İzvestiya” qəzeti öz mənbələrinə istinadla gələcək Rusiya-Ukrayna sülh danışıqlarında Kremlin Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində olmadığını yazmışdı.