“Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi” – FOTObackend

“Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib.

Editor.az  axşam.az-a istinadən bildirir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb.

“Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi. Dedi ki, mənim ürəyim necə tab gətirir, heç özüm də bilmirəm. Mən də o qadını Allaha həvalə edirəm. O qadınla heç bir ədavətim yoxdur, amma çox haqsızlıq etdi. Nəticədə bir evin dirəyini aşırtdı. Allah o qadını bu həyatda çəkdirdiyin çəkmədən o biri tərəfə aparmasın. Amin” deyə, Sərxan bildirib.

Qeyd edək ki, C.Məmmədov dünən 70 yaşında ürəktutmasından dünyasını dəyişib.