Cəlilabadda ildırım meşə yanğınlarına səbəb oldubackend

Cəlilabadda ildırım meşə yanğınlarına səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda baş verən meşə yanğınlarının qarşısı alınıb.

Editor.az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayonu ərazisində yerləşən meşələrin Şatırlı, Ağbulaq və Ağdaş kəndləri yaxınlığındakı hissələri yanıb.

Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hər 3 yanğın ötən gün ildırım vurmadan baş verib.

Yanğınlar rayonunun Şatırlı kəndi ərazisində kənd sakinləri, Ağbulaq və Ağdaş kəndlərində isə meşə işçiləri və FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.