Çin ABŞ-a qarşı tədbirlər görəcəyini açıqlayıbbackend

Çin ABŞ-a qarşı tədbirlər görəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hökuməti ABŞ-a məxsus yüksək hündürlükdə balonların Sincan və Tibet bölgələri üzərində uçduğunu və Çinin suverenliyinə xələl gətirən ABŞ qurumlarına qarşı tədbir görəcəyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin açıqlama verib.

“ABŞ səlahiyyətlərindən sui-istifadə edərək həddini aşdı və nəticədə vəziyyəti gərginləşdirdi .Bunu Çin şirkətləri və qurumlarına qarşı qeyri-qanuni sanksiyalar tətbiq etmək üçün bəhanə etdi. Çin suverenliyinə və təhlükəsizliyinə zərər verən ABŞ-ın müvafiq qurumlarına qarşı qanun çərçivəsində tədbirlər görəcək”,-deyə o, bildirib.

Çin iddia edib ki, həftə ərzində 2022-ci ilin əvvəlindən ABŞ-ın 10-dan çox yüksəklikdə hava şarları onun hava məkanına daxil olub. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi bu iddiaları təkzib edib. “Biz Çinin üzərində hava şarları uçurtmuruq. Bu, qətiyyən doğru deyil”,-deyə o, bildirib.

//Safura Bənnayeva, Editor.az