Co Bayden Benyamin Netanyahunu istefaya çağırdı: Netanyahu sərt cavab verdibackend

Co Bayden Benyamin Netanyahunu istefaya çağırdı: Netanyahu sərt cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunun vaxtından əvvəl istefa verəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, hazırda hüquqi inqilab ətrafındakı vəziyyət onu dərin narahat edir: “İsrail bu yolu davam etdirə bilməz və mən bunu artıq vurğulamışam”, – Bayden deyib. O, qeyd edib ki, Netanyahunu məhkəmə islahatlarından imtina edənə qədər Vaşinqtona dəvət etməyəcək.

Netanyahu isə Amerika rəhbərinin məhkəmə islahatlarını dayandırmaq təklifini rədd edib: “İsrail xaricdən, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlərə əsaslanmayan, öz xalqının iradəsi əsasında qərarlar verən suveren ölkədir”, – İsrailin baş naziri bildirib. O, daha sonra vurğuladı ki, İsrail və ABŞ arasındakı dostluğu yüksək qiymətləndirir, lakin onun hökuməti hökumət qolları arasında balansı bərpa etməklə demokratiyanı gücləndirmək məqsədi daşıdığı üçün seçdiyi kursu davam etdirəcək.

  //Samir Qurbanov,Editor.az