Co Bayden və Volodimir Zelenski Polşada görüşə bilərbackend

Co Bayden və Volodimir Zelenski Polşada görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski Polşada görüşə bilər.

Editor.az bildirir ki, bunu Polşanın “Dziennik Gazeta Prawna” (DGP) nəşri yazıb. Görüş zamanı Zelenskinin on bənddən ibarət sülh planını təqdim edəcəyi gözlənilir. Nəşrin məlumatına görə, görüş yeri kimi iki şəhər düşünülür – Jeşuv və Varşava.

Baydenin Polşaya səfərinin dəqiq tarixi məlum olmasa da, fevralın sonunda gözlənilir. Görüş zamanı Zelenski Kiyev üçün təhlükəsizlik zəmanətləri mövzusuna qayıtmaq istəyir. Qeyd edək ki, Bayden dünən, yanvarın 31-də deyib ki, o, Polşaya getmək istəyir, lakin səfərin nə vaxt baş tutacağını hələ bilinmir. NBC telekanalının məlumatına görə, Amerika prezidenti fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya daxil olmasının ildönümündə səfərin mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Ağ Ev prezidentin Avropaya səfərini təşkil etmək planlarının olmadığını iddia edib.

  //Samir Qurbanov, Editor.az