Daha bir təxribatçı erməni hərbçi öldü – FOTObackend

Daha bir təxribatçı erməni hərbçi öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun son təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələri zamanı ağır yaralanan daha bir erməni hərbçi ölüb.

Bu barədə erməni nəşrləri məlumat yayıb.

Ölən erməni hərbçisinin 41 yaşlı Artur Xaçatryan olduğu bildirilib. O, müqaviləli əsgər olub və işğalçı ordunun sıralarında 11 il xidmət edib.

Eyni zamanda, onun 44 günlük müharibənin iştirakçısı olduğu vurğulanıb.

Publika.az