Dəhşətli QƏTL- Keçmiş sevgilisini avtomobildə güllələyib xəstəxananın qabağına atdıbackend

Dəhşətli QƏTL- Keçmiş sevgilisini avtomobildə güllələyib xəstəxananın qabağına atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda gözəllik salonunda işləyən Elif Günəş adlı gənc qadın keçmiş sevgilisi tərəfindən avtomobilin içərisində 3 güllə ilə vurularaq xəstəxananın qarşısına atılıb.

Gənc qadını qətlə yetirən şəxs hadisə yerindən qaçıb.

Gözəllik salonunda işləyən Elif Günəş 2 ay əvvəl bərbərlik edən sevgilisi K.G.-dən ayrılıb. Bununla belə, K.G Günəşdən əl çəkməyib. İddialara görə, o, ötən həftə Elif Günəşin işlədiyi yerə gələrək mübahisə edib və ona şillə vurub.

K.G şənbə günü Elif Günəşə “son dəfə görüşək, sənə deyəcəklərim var” deyərək onu görüşə çağırıb. Günəş ona nəsə ola biləcəyindən qorxaraq dostlarını da özü ilə apararaq görüş təklifini qəbul edib. Kadıköydəki avtomobildə görüşən K.G. Elif Günəşi də özü ilə apararaq oradan uzaqlaşıb. Üsküdara gələn K.G. və Elif Günəş maşında mübahisə etməyə başlayıb. K.G. Elif Günəşə avtomobidəl tapança ilə 3 dəfə atəş açılıb. Daha sonra Günəşi xəstəxanaya aparan qatil yoxa çıxıb.

Həyatını itirən 32 yaşlı Elif Günəş məmləkəti Diyarbəkirdə dəfn edilərkən, polis qaçan şübhəli K.G-ni hər yerdə axtarır.

Medianews.az