Diaspor sədrinin oğlu erməni mahnısına oynadı – VİDEObackend

Diaspor sədrinin oğlu erməni mahnısına oynadı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gördüyünüz şəxs özünü Moskva vilayətinin Dolqoprudnı rayonunda Azərbaycan diasporunun sədri kimi tanıdan Namus Nağıyevin oğlu Yaşar Nağıyevdir. Namus müəllimin oğlu Yaşar atasının adının əks istiqamətinə gedərək 20 Yanvar ümummilli hüzn günü özünə erməni restoronında doğum günü keçirərək erməni mahnısı sədaları altında rəqs edir. Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Toğrul Allahverdili paylaşım edib. O bildirib ki, bir azərbaycanlının 20 yanvar günü bunu etməsi utancvericidir:

“20 yanvar tarixində doğulmaq Allahın işidir, buna sözümüz yox. Amma elə məsələlər var insanın öz əlindədir. Özünə azərbaycanlıyam deyən, diaspor sədrinin oğlu olan belə bir şəxsin millətimizin ağır bir günündə özünə bu şəkildə şadlıq keçirməsi, həm də erməni restoranında, erməni mahnısı ilə bu qəbulolunmazdır,rüsvayçılıqdır, külli ayıbdır”.