Əfqanıstanda sel: 5 ölü, 10 yaralıbackend

Əfqanıstanda sel: 5 ölü, 10 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şərqindəki Cəlilabad bölgəsində şiddətli yağışlar yağıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, şiddətli yağışlar selə səbəb olub. Təbii hadisə nəticəsində 320 evə ziyan dəyib, yüzlərlə hektar əkin sahəsi suyun altında qalıb. Paytaxt Kabilə gedən yolun üzərindəki körpünü sel dağıdıb. Güclü sel nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

//Nəzərbəy Hacıağayev, Editor.az