Ermənistan qadınları da silahlandırırbackend

Ermənistan qadınları da silahlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tezliklə Ermənistan ordusunda qadınlar üçün könüllülər xidməti peyda olacaq

Editor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrinin 31-ci ildönümü münasibətilə ölkə hərbçilərinə müraciətində deyib. Baş nazirin sözlərinə görə, Yerevan ordu islahatına hazırlaşır.

Müasir silah və texnikanın alınması davam etdirilir. Ermənistanın 2023-cü il müdafiə büdcəsi 2018-ci ildəkindən iki dəfə çox olalacaq. İslahat ordunun tərkibinə də təsir edəcək: “Yaxın vaxtlarda biz Ermənistan Respublikasında tamamilə yeni institutun – qadınlar üçün könüllü hərbi xidmətin tətbiqini planlaşdırırıq”, – Paşinyan deyib.

O, müqavilə əsasında xidmət edən, o cümlədən döyüşlərdə iştirak edən Ermənistan vətəndaşlarına təşəkkür edərək, yeniliklər barədə məlumat verib. Paşinyan onu da bildirib ki, tezliklə Ermənistanda hərbi təlim düşərgələrinin müddətləri ciddi şəkildə azaldılaraq, üç aydan bir aya və ya 25 günə endiriləcək.

  //Samir Qurbanov, Editor.az