Evində meyidi tapılan amerikalı reperin ölüm səbəbi məlum olubbackend

Evində meyidi tapılan amerikalı reperin ölüm səbəbi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin noyabrında evində ölü tapılan məşhur amerikalı reper Aaron Karterin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi açıqlanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Karter qəbul etdiyi sakitləşdirici dərmanlar və sprey təmizləyicilərdə istifadə olunan qazdan boğularaq ölüb.

Qeyd edek ki, 2022-ci il noyabrın 5-də ABŞ-ın Kaliforniya ştatının Lankaster şəhərindəki 34 yaşlı rep musiqiçisi Aaron Karter evində ölü tapılıb.

//Gülnarə Abasova, Editor.az