Girov götürüb işgəncə verdilər, istədikləri məbləği ala bilmədikdə isə öldürdülərbackend

Girov götürüb işgəncə verdilər, istədikləri məbləği ala bilmədikdə isə öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Pendik şəhərində girov saxladıqları şəxsdən istədikləri məbləği ala bilməyən şəxslər ona işgəncə  verərək öldürüblər. Daha sonra öldürdükləri şəxsi evlərinin həyətində basdırıblar. Şübhəlilər polis tərəfindən axtarılır.

Editor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Pendik Güllübağlar Məhəlləsində, Pakistan əsilli O.K., İ.U., S.K. və Z.H. Adlı şəxslər təxminən 20 gün əvvəl Əfqanıstandan 4 nəfəri qaçıraraq girov götürüblər. Şübhəlilər pullarını almaq üçün qaçırılanlara günlərlə işgəncə veriblər. Qaçırdıqları 4 nəfərdən 3-nü sərbəst buraxan şübhəlilər, 21 yaşlı Rəşid Muhammeti girov saxlamağa davam ediblər.

Girov götürdükləri və işgəncə verdikləri şəxsdən istədikləri məbləği ala bilməyən şübhəlilər onu təxminən 15 gün əvvəl öldürüb daha sonra yaşadıqları evin bağçasında qazdıqları məzara basdırıblar.Dostlarından xəbər ala bilməyən digər qurbanlar polisə müraciət edərək vəziyyəti bildiriblər.

Hadisənin digər qaçaq şübhəlilərini tutmaq üçün iş başladılıb.

//Gülnarə Abasova, Editor.az