Göyçə planı: Rusiya kater verdi, ABŞ mütəxəssis göndərdi…backend

Göyçə planı: Rusiya kater verdi, ABŞ mütəxəssis göndərdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Göyçə gölündə Su Patrul Xidmətinin yaradılması ilə bağlı açılışda iştirak edib.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, açılış zamanı Su Patrul Xidməti üçün katerləri Rusiya DİN-in göndərdiyi üzə çıxıb. ABŞ Ədliyyə Nazirliyinin İCITAP proqramı çərçivəsində isə amerikalı təlimatçılar Göyçə gölündə patrul xidmətinin zabitlərinə kurslar keçiblər. Modulların hazırlanmasını da ABŞ həyata keçirib.

Avropa Birliyi isə maddi-texniki təminat və maliyyə yardımı ilə məşğul olub.

Xidmət üçün skuterlər, radiorabitə avadanlığı, yolsuzluq avtomobilləri ayrılıb, modul evlərin tikintisi aparılıb.