Gürcüstanda hakim partiyanın reytinqi iki dəfə aşağı düşübbackend

Gürcüstanda hakim partiyanın reytinqi iki dəfə aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının reytinqi ölkənin Avropa kursuna zidd olan etirazlar və mübahisəli qərarlar fonunda bir il ərzində demək olar ki, iki dəfə azalıb.

Editor.az xəbər verir ki, bunu ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) dərc etdiyi ictimai rəy sorğusunun nəticələri təsdiq edir. Ehtimala görə, əgər bu həftə Gürcüstanda parlament seçkiləri keçirilsəydi, “Gürcü arzusu” 19%, ölkənin ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VHM) isə 14% səs toplayacaqdı.

Halbuki bir il əvvəl “Gürcü arzusu”nun reytinqi 31%, UNM isə 16% idi. Digər partiyaların reytinqdə 3%-dən çox dəstəyi yoxdur. Eyni zamanda “səs verməyəcəyəm, bilmirəm, cavab verməkdən imtina edirəm” variantı 43% toplayıb. Mənfi siyasi reytinqə “Vahid Milli Hərəkat” başçılıq edir – respondentlərin 39%-i bildirib ki, heç bir halda eks-prezident Mixail Saakaşvilinin yaratdığı partiyaya səs verməyəcəklər. İkinci yerdə 34%-i qəti şəkildə dəstəkləməkdən imtina edən “Gürcü Arzusu”, üçüncü yerdə isə Rusiyayönlü “Mühafizəkarlar Hərəkatı” – Alt-İnfo (16%) qərarlaşıb.

  //Samir Qurbanov,Editor.az