Haitidə keçmiş senator və bacısı oğlu vəhşicəsinə qətlə yetirilibbackend

Haitidə keçmiş senator və bacısı oğlu vəhşicəsinə qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabitliyin pozulduğu Haitidə daha bir qorxulu cinayət hadisəsi baş verib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə keçmiş senator və bacıoğlu öz maşınlarında vəhşicəsinə qətlə yetirilib. Hadisə yerinə gələn polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Xatırladaq ki, 7 iyul 2021-ci ildə ölkə başçısı Covenel Moise silahlı hücuma məruz qalaraq qətlə yetirilib. Məhz onun ölümündən sonra ölkədə qeyri-sabit vəziyyət yaranıb. Bu il iyulun 23-dən cinayətkar dəstələrin aktivləşməsindən sonra ölkədə başlayan silahlı iğtişaşlarda 24 nəfər həlak olub.

//Nəzərbəy Hacıağayev, Editor.az