Hindistan İran vasitəsilə Ermənistanı silahlandırır – FOTObackend

Hindistan İran vasitəsilə Ermənistanı silahlandırır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) və “Container Corporation India” (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana “strateji yüklərin ixrac”ına başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib.

Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən “Gelix Airlines” aviaşirkətinə məxsus “İlyuşin İl-76 TD” yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb.

Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan “İl 76-TD” yük təyyarəsi “RA-76360” reysi ilə uçaraq İrəvandakı “Zvartnos” aeroportunda enib.

Təyyarənin yükü 214 mm çaplı “Pinaka” reaktiv yaylım atəşi sistemləri (RYAS) idi. Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 “Pinaka”, zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb.

Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün “hava dəhlizi” yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb.