Hindistanda saxta alkaqoldan 26 nəfər həyatını itiribbackend

Hindistanda saxta alkaqoldan 26 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Qucarat əyalətində 30-dan çox insan saxta spirtli içkidən istifadə etdiyi üçün zəhərlənərək xəstəxanaya yerləşdirilib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, zəhərlənənlərdən 26 nəfəri vəfat edib. Qucarat daxili işlər naziri bildirib ki, məsələ ilə əlaqədar araşdırma başladılıb.

Hər il Qərbi Benqal ərazində 170-dən çox şəxs saxta içkiyə görə ölür. Ölkə ərazisində istehsal olunan 5 milyard litr içkinin sadəcə 40 faizi qanuni yollarla istehsal olunur.

Onu da qeyd etmək lazımdır ki, Bihar, Qucarat, Mizoram və Naqaland əyalətlərində içki istehsalı və satışı tamamilə qadağandır.

//Nəzərbəy Hacıağayev, Editor.az