“Hizbullah” İsraillə birbaşa danışıqlardan və tərksilahdan imtina etdibackend

“Hizbullah” İsraillə birbaşa danışıqlardan və tərksilahdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hizbullah” İsraillə birbaşa danışıqlar ehtimalını tamamilə rədd edir və tərk-silah məsələsini müzakirə etmək niyyətində deyil.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatının baş katibi Naim Qasim bəyan edib. Bəyanat “Hizbullah”ın rəsmi “Telegram” kanalında məlumat yayılıb.

“Biz birbaşa danışıqları qətiyyətlə rədd edirik. Hakimiyyət anlamalıdır ki, onların atdığı addımlar Livana heç bir xeyir gətirməyəcək”, – deyə Naim Qasim bildirib.

Bəyanatda həll yolunun 5 bəndi açıqlanıb:

– quruda, dənizdə və havada təcavüzün dayandırılması;

– İsrailin işğal olunmuş ərazilərdən çıxarılması;

– əsirlərin azad edilməsi;

– sakinlərin öz kəndlərinə qayıtması və bərpa prosesi;

– yenidənqurma işləri.

Öz müraciətində Naim Qasim Livan rəhbərliyini hazırkı siyasi xətti, o cümlədən dolayısı ilə danışıqlar formatına qayıtmağı və müqavimətin kriminallaşdırılmasına yönəlmiş qərarlardan imtina etməyi yenidən nəzərdən keçirməyə çağırıb.

“Hazırkı hökumət Livanın hüquqlarından imtina edərsə, idarəetməni davam etdirə bilməz. O, xalqa üz tutmalı və milli razılıq əsasında fəaliyyət göstərməlidir. Əsas problem təcavüzdür, müqavimət isə səbəb yox, buna reaksiyadır. Müqavimətin silahı müdafiə xarakteri daşıyır və mövcudluğu qorumağa yönəlib. Biz silahdan və müdafiədən imtina etməyəcəyik. Biz müqaviməti davam etdirəcəyik. Yalnız iki yol var: azadlıq və ləyaqət, ya da işğal və alçalma”, – deyə baş katib qeyd edib.