Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Şorsulu kəndində “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.
Qəza zamanı “Qazel”in yanında olan kənd sakini 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.
Yaralı şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


