“Bu, (Çexiyanın baş nazirinin səfəri – re.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib.
“Bu gün bir çox məsələlər ətrafında – həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, – deyə dövlətimizin başçısı əlavə edib.

