Türkiyənin İğdır şəhərində mənzildə bir qadın və bir kişi meyiti tapılıb.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, Bağlar məhəlləsindəki Güzide küçəsindəki 5 mərtəbəli binadan atəş səslərinin gəlməsi barədə xəbər ərazidəki polis və tibb qruplarını səfərbər edib. Hadisə yerinə çatan qruplar binanın 3-cü mərtəbəsindəki bir mənzilə girib və oradan iki meyit tapıblar.

Tibbi müayinələr zamanı şəxslərin hadisə yerində öldüyü müəyyən edilib.
Polis araşdırmaları zamanı ölənlərdən birinin Azərbaycan vətəndaşı olan Maisə Bayramova və digərinin Əli Mamak olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.


