ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal ilə bağlı yayılan məlumatlar bir-birini təkzib edir.
Aparıcının mayın 4-də yeni formatda, adı hələ açıqlanmayan proqramla yenidən efirə dönəcəyi bildirilirdi.
Onun əvvəlki “Həmin Zaur” layihəsinin isə fərqli ad altında təqdim olunacağı qeyd olunurdu. Zaur Kamal özü də açıqlamasında yaxın günlərdə efirə qayıdacağını təsdiqləmişdi.
Lakin sonradan kanal rəhbərliyi tərəfindən bu məlumatlara aydınlıq gətirilib. ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva Manset.az-a bildirib ki, aparıcının efirə qayıdışı ilə bağlı deyilənlər yanlışdır və onun hazırda efirdə olması planlaşdırılmır:
“Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin”.

