Peskov BƏYAN ETDİ: Rusiya daha bir ölkəyə ilə müharibə ərəfəsindədirbackend

Peskov BƏYAN ETDİ: Rusiya daha bir ölkəyə ilə müharibə ərəfəsindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsi ilə bağlı təşəbbüsünü şərh edib.

Globalinfo.az xəbər verir ki, o, Rusiyanın “Kanal1” telekanalına müsahibəsində danışıb.

Peskov bildirib ki, bu addım Moskva tərəfindən müharibə xəbərdarlığı kimi qiymətləndirilir.

“Bu, bir qarşıdurmadır, müharibə xəbərdarlığıdır və bunu məhz belə başa düşmək lazımdır. Üstəlik, bu, qarşıdurmanın daha konsentrasiya olunmuş formasıdır”, – deyə Peskov bildirib.

Xatırladaq ki, Finlandiya hökuməti daha əvvəl ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsini təklif edib.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, bu təşəbbüs potensial rəqiblərə qarşı çəkindirici təsiri artırmaq və NATO çərçivəsində təhlükəsizlik səviyyəsini gücləndirmək məqsədi daşıyır.