Oman sultanı və İran XİN rəhbəri arasında KRİTİK GÖRÜŞ: Əraqçının növbəti dayanacağı Rusiya olacaqbackend

Oman sultanı və İran XİN rəhbəri arasında KRİTİK GÖRÜŞ: Əraqçının növbəti dayanacağı Rusiya olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oman Sultanı Heytəm bin Tariq Al Səid və İranın xarici işlər naziri Abbas Əraqçı paytaxt Maskatda danışıqlar aparıblar.

Oxu.Az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, görüşün əsas mövzusu ABŞ və İsraillə İran arasındakı münaqişənin dayandırılmasına yönəlmiş vasitəçilik səyləri olub.

Tərəflər, həmçinin regiondakı mövcud vəziyyətin inkişafını müzakirə ediblər. Telekanal xatırladır ki, Oman hazırkı münaqişənin həllində vasitəçi rolunu oynayır, eyni zamanda sultanlığın ərazisindəki obyektlər də bir neçə dəfə hücuma məruz qalıb.

IRNA agentliyinin yaydığı məlumata görə, A.Əraqçı Omandakı danışıqlardan sonra Pakistana qayıtmağı, oradan isə Rusiyaya yollanmağı planlaşdırır. İlkin məlumatlarda nazirin Omandan birbaşa Rusiyaya gedəcəyi ehtimal olunurdu.