İlham Əliyev: “Ermənistanı istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”backend

İlham Əliyev: “Ermənistanı istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğulayıb:

“Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.