İmişli bazarında baş verən yanğın söndürülüb – YENİLƏNİB + FOTO/VİDEObackend

İmişli bazarında baş verən yanğın söndürülüb – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimi kimi, bu gün axşam saatlarına İmişli rayonunda yerləşən bazarda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bazarda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində məhdudlaşdırılaraq saat 20:30-də söndürülüb.

19:32

Xəbərə video əlavə olunub:

 

19:06

İmişli rayonunda yerləşən bazarda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.