İnək üstündə mübahisənin sonu qanla nəticələndi – HƏBSbackend

İnək üstündə mübahisənin sonu qanla nəticələndi – HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Apellyasiya Məhkəməsində Samuxda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Habil Kərimovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 05 aprel 2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində yaşadığı Samux rayonu, Yenikənd kəndində yerləşən və kənddə “Fidayılın maqazini” adlanan obyektin yaxınlığında qeydə alınıb.

Belə ki, Habil Kərimov həmkəndlisi, zərərçəkmiş Səfər Tahirov (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə 2022-ci ildə zərərçəkmişə məxsus 1 baş iribuynuzlu heyvanının (inəyinin) itməsində Səfərin ondan və ailə üzvlərindən şübhələnərək onlar tərəfindən oğurlanmasını iddia etməsi olub. Habil münaqişə zamanı zərərçəkmiş şəxsin onun yaxasından tutmasına görə mübahisə edərək dalaşıb. Nəticədə o, məlum olmayan küt əşya ilə Tahirin baş nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Kərimov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.