İran ərazisindən Ermənistana silah daşınır – VİDEO – FOTObackend

İran ərazisindən Ermənistana silah daşınır – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ərazisindən Ermənistana hərbi texnikanın daşınması 17 yanvar 2024-cü il tarixdə müşahidə olunub.

Editor.az caliber-ə istinadən xəbər verir ki, saat 17:50 radələrində İran İslam Respublikasının Culfa yaşayış məntəqəsindən Nurduz keçid məntəqəsi istiqamətində 2 ədəd “HINO” markalı avtomaşının üzərində brezentlə örtülmüş texnikaların daşınması qeydə alınıb.

Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana daxil olub.

Saat 21:17-21:31 radələrində isə həmin karvan Mehridən Lehvaz Leqvaz istiqamətində yola düşüb.