İran Rusiya ilə əməkdaşlıq sazişi imzalamaq istəyirbackend

İran Rusiya ilə əməkdaşlıq sazişi imzalamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz apreldə Rusiya ilə əməkdaşlıq sazişi imzalamaq niyyətindəyik, çünki münasibətlərimizin inkişafı düzgün yoldadır.

Editor.az xəbər verir ki, bunu Moskvada rəsmi səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, rusiyalı tərəfdaşlarla görüşlər Moskva və Tehran arasında bütün sahələrdə əməkdaşlığın vacibliyini təsdiq edir.

O əlavə edib ki, İran Rusiya ilə birlikdə turizm və investisiya sahələrini inkişaf etdirmək istəyir. İranlı nazir qeyd edib ki, Tehran apreldə Moskva ilə əməkdaşlığa dair sənəd imzalamağı gözləyir və deyib ki, saziş hazırda danışıqlar yekun mərhələsindədir.

  //Samir Qurbanov,Editor.az