İran: “Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız heç bir tərəfin əleyhinə olmayacaq”backend

İran: “Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız heç bir tərəfin əleyhinə olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığının heç bir tərəfin əleyhinə olmadığını bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiyaya səfər edən Abdullahiyan İran Tələbələri Xəbər Agentliyinə (İSNA) açıqlamalar verib.

O, həmçinin İranın pilotsuz təyyarələr müqabilində Rusiyadan müşahidə və kibertəhlükəsizlik avadanlıqları alması ilə bağlı iddialara cavab verib:

“Təbii ki, Tehran və Moskvanın ortaq gündəmindəki məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıqdır. Heç bir təərfin maraqlarına qarşı deyil”.

Abdullahiyan qeyd edib ki, onlar rusiyalı həmkarı Sergey Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edəcək, nüvə sazişi üzrə danışıqlara dair fikir mübadiləsi aparacaqlar.

//Safura Bənnayeva, Editor.az