İran Rusiyada PUA isrehsal edən zavod tikirbackend

İran Rusiyada PUA isrehsal edən zavod tikir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 9-da Ağ Ev tərəfindən yayımlanan peyk görüntüsü, Rusiyanın Tatarıstan Respublikasında İranın kamikadze dronlarını istehsal etmək üçün zavod tikdiyini sübut edir.

Editor.az bildirir ki, bu barədə AP xəbər yayıb. ABŞ kəşfiyyatının məlumatına görə, Moskvadan yüzlərlə kilometr şərqdə, Alabuqa xüsusi iqtisadi zonası adlanan ərazidə pilotsuz təyyarələr zavodu tikilir. Tikinti üçün hazırlıq işləri 2023-cü ilin aprelində çəkilmiş peyk fotosuna düşüb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib ki, zavod gələn ilin aprelində işə başlaya bilər. O, həmçinin bildirib ki, İran Rusiya hərbçilərini Xəzər dənizi vasitəsilə öz dronları ilə təchiz etməyə davam edir.

May ayından etibarən Moskva İrandan “yüzlərlə” hücum pilotsuz uçan aparatı, eləcə də onların istehsalı üçün xeyli avadanlıq alıb. “Bu, Ukraynaya, İranın qonşularına və beynəlxalq ictimaiyyətə zərər vuran hərtərəfli müdafiə tərəfdaşlığıdır. Biz ictimai məlumatlandırma da daxil olmaqla, bu fəaliyyətləri ifşa etmək və pozmaq üçün əlimizdə olan hər vasitədən istifadə etməyə davam edirik – və biz daha çox şey etməyə hazırıq”, – Kirbi vurğulayıb. Rəsmi Tehran etiraf edib ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl Rusiyaya kiçik bir partiya kamikadze pilotsuz təyyarələr verib. Lakin media dəfələrlə Moskvanın İrandan silahları necə əldə etdiyini dəqiq təsvir edib.

Ukrayna tərəfinin hesablamalarına görə, indiyə qədər Rusiya Ukraynada 400-dən çox “Şahed-136” pilotsuz uçan aparatından istifadə edib. Lakin deyilənə görə, Rusiya ümumilikdə 2400 belə pilotsuz təyyarə sifariş edib. Əvvəlcə onlar Ukraynanın hava hücumundan müdafiəsi üçün problem idi, lakin son hücumlarda demək olar ki, hamısı məhv edilir.

  //Samir Qurbanov,Editor.az