İrəvan Gorus-Qafan yolundan can qurtarmaq istəyirbackend

İrəvan Gorus-Qafan yolundan can qurtarmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gorus-Qafan yoluna alternativ 2022-ci ilin yazında hazır olacaq.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Suren Papikyan deyib.

Papikyan Azərbaycan ərazisindən keçən yola alternativ Tatev-Ağvan yolunun isə noyabrın sonuna kimi istifadəyə açılacağını bildirib.

Qeyd edək ki, Gorus-Qafan yolunun 21 km-i Azərbaycan ərazisindən keçir.