“İslahatçı Gənclər” Gürcüstanda səfərdə olub-FOTOLARbackend

“İslahatçı Gənclər” Gürcüstanda səfərdə olub-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, IDIFA sədri Cavid Zeynalov Gürcüstanda səfərdə olublar. Səfər çərçivəsində Azərbaycan heyəti bir sıra mühüm görüşlər həyata keçiriblər.

Azərbaycanlı gənclər ilk öncə Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət edib, səfir Faiq Quliyevə Gürcüstanda keçirilən görüşlər və reallaşacaq layihələr haqqında məlumat veriblər.

Gürcüstan Parlamentinin Gənclər və İdman Komitəsinin sədr müavini, hakim “Gürcü Arzusu” partiyasını təmsil edən deputat Givi Mikanadze və Gürcüstan Basketbol Federasiyasının prezidenti, hakim partiyanın deputatı Viktor Sanikidze ilə Azərbaycanla Gürcüstan arasında gənclər siyasəti sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən uğurlu dövlət gəncləri siyasətinin modeli haqqında gürcü deputatlara məlumat verib.

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti daha sonra Gürcüstanın Mədəniyyət, Gənclər və İdman nazirinin müavini Soso Giorgadze ilə görüşərək birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında keçirilməsi mümkün olan layihələr haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan heyəti Gürcüstan tərəfinə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlərlə bağlı məlumat verib.

Nümayəndə heyəti daha sonra Gürcüstanın tanınmış “Formula” televiziyasını ziyarət edib. Kanalın baş direktor müavini, uzun illər parlamentin deputatı olmuş Giorgi Targamadze ilə keçirilən görüşdə Azərbaycanla Gürcüstan arasında media sahəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyinə diqqət çəkilib.

Azərbaycan heyəti daha sonra Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzini ziyarət edərək mərkəzdə görülən işlərlə tanış olublar.

Səfərin yekunu olaraq gələcəkdə Gürcüstanın müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birgə layihələrin icrası barədə razılığa gəlinib.

//Editor.az