İspaniya Baş naziri: Putin bütün Avropa ilə müharibə aparırbackend

İspaniya Baş naziri: Putin bütün Avropa ilə müharibə aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın baş naziri Pedro Sançes Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bütün Avropa ilə müharibəyə girdiyini və müharibədə uduzan tərəfin Putin olduğunu bəyan edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Pedro Sançes Putinin enerjidən “müharibə cihazı” kimi istifadə etdiyini və Avropada enerji qiymətlərinin yüksəlməsindən sonra Avropanın enerji sisteminin “artıq düzgün işləməyən bir bazar” olduğunu bildirib. Sosial demokrat lider Sançes əlavə edib ki, təbii qaz alışı COVİD-19 epidemiyasına qarşı hazırlanmış peyvəndlərə tətbiq edildiyi kimi milliləşdirilməlidir.

Qeyd edək ki, ötən gün Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer belə bir bəyanatla çıxış edib: “Avropanın siyasi liderləri çox, çox çətin vəziyyətdədir. Enerji qiymətlərinin yüksəlməsinin həyat standartlarına ciddi təsir edəcək. Avropanın həyat keyfiyyətinin aşağı düşəcəyini görəcəyik. Bir siyasətçinin bu vəziyyəti vətəndaşlarına izah etməsi asan deyil”.

//Gülnarə Abasova, Editor.az