İsrail İranı vurub, İran isə təkzib edirbackend

İsrail İranı vurub, İran isə təkzib edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsfahan əyalətində baş verən partlayışlar İranın hava hücumundan müdafiə sistemlərinin işinin nəticəsidir.

Editor.az bildirir ki, bu barədə “Reuters” bir İran çinovnikinə istinadən məlumat verib. O, İrana qarşı heç bir raket hücumunun həyata keçirilmədiyini iddia edir.

Digər İran hökumət rəsmisi AFP-yə bildirib ki, ölkə daxilindəki hədəflər ola bilsin ki, pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

Qeyd edək ki, bu gün, aprelin 19-da mətbuatda İsrailin İrandakı obyektə raket zərbəsi endirməsi xəbəri yayılıb. Partlayışlar hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası olan Kaxcavaristan şəhərində baş verib. “Bloomberg”in məlumatına görə, İsrail hakimiyyəti dünən ABŞ-a yaxın 24-48 saat ərzində İrana hücum planlaşdırdıqları barədə xəbərdarlıq edib. Hücumun hədəfi kimi hansı obyektin seçildiyi məlum deyil.

//Samir Qurbanov, Editor.az